Pakistanın əhalisi 241,49 milyon nəfərə çatıb

11:07 7 Avqust 2023

Pakistanda ilk dəfə aparılan rəqəmsal siyahıyaalmanın nəticələrinə görə, ölkə əhalisinin sayı 241,49 milyon nəfərə yüksəlib.

Sitat.info xəbər verir ki, Pakistan Statistika Bürosunun verdiyi məlumata görə, ölkə əhalisinin sayı illik 2,55 faiz artaraq 241,49 milyon nəfərə çatıb.

Əhalinin vilayətlərə görə bölgüsündə Pəncabın 127,68 milyon, Sindhin 55,69 milyon, Xayber Paxtunxvanın 40,85 milyon və Bəlucistanın 14,89 milyon əhalisi olduğu görülüb.

Digər tərəfdən paytaxt İslamabadın əhalisinin 2,36 milyon olduğu açıqlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti