Pakistanın Navabşah şəhəri yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində 30 nəfər ölüb, 90-dan çox insan yaralanıb.
Sitat.info xəbər verir ki, Pakistan Dəmir Yolları naziri Xavaca Saad Rafik jurnalistlərə bildirib ki, Kəraçidən Ravalpindiyə gedən "Hazara Expressi" sərnişin qatarının 10 vaqonu Navabşah yaxınlığında relsdən çıxıb.
Qəzanın "texniki nasazlıq" və ya "təxribat" nəticəsində baş verə biləcəyini ifadə edən nazir Rafiq, cəsədlərin və yaralıların Navabşah və Sanghar bölgələrində yaxınlıqdakı xəstəxanalara aparıldığını bildirib.
Yerli mətbuatda yer alan xəbərə görə, rəsmilər hadisə yerində axtarış-xilasetmə işlərinin başa çatdığını, qəzada 30 nəfərin həyatını itirdiyini, 90-dan çox insanın isə yaralandığını bildirib.
Seymur Bənnayev
Sitat.info