Türk PUA-ları ABŞ mətbuatında

12:32 7 Avqust 2023

Türkiyə müdafiə sənayesinin fəxri olan PUA və Silahlı PUA-lar yenidən ABŞ mətbuatının gündəminə düşüb. American Business Insider jurnalı Körfəz ölkələrinin Türk pilotsuz təyyarələrinə artan marağına diqqət çəkib və "Bayraktar TB2"nin yüksəlişi ilə bağlı diqqətəlayiq bir analiz dərc edib.

Sitat.info xəbər verir ki, təhlil hesabatında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Türkiyə istehsalı olan PUA və Silahlı PUA-larla maraqlandığı vurğulanıb.

Qeyd olunub ki, Türkiyənin Yaxın Şərqdəki qonşuları ilə müdafiə sənayesi ticarəti artıb.

Prezident Ərdoğanın Ər-Riyad səfəri çərçivəsində rekord müqavilə imzalandığı xatırladılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti