ABŞ-ın Florida ştatında Atlantik okeanı sahillərində kiçik qayıqla itən 25 yaşlı gənc təxminən 35 saatdan sonra sahil mühafizəsi tərəfindən xilas edilib.
Sitat.info xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin avqustun 5-də yaydığı açıqlamaya görə, 25 yaşlı Çarlz Qriqori cümə günü səhər öz kiçik qayığı ilə Atlantik Okeanına üzüb və geri qayıtmayıb.
Sahil mühafizəsi Çarlz Qriqorini avqustun 5-i şənbə günü Florida sahillərində Atlantik okeanı yaxınlığında havada və dənizdə axtarış əməliyyatları zamanı yarı sulu qayıqda sağ tapıb.
Rəamilər Qriqorinin uzun müddət suda olmasına baxmayaraq heç bir müalicəyə ehtiyacı olmadığını açıqlayıb.
Gəncin dənizdə aşkarlanaraq xilas edilməsi anları sahil mühafizəsinin kamerasına əks olunub.
Seymur Bənnayev
Sitat.info