Rusiya Xersonda yaşayış binasını vurdu

13:22 7 Avqust 2023

Rusiya Xerson şəhərində binanı vurub. Hücum nəticəsində ölən və yaralananların olmadığı, lakin binaya ciddi ziyan dəydiyi bildirilib.

Sitat.info xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin verdiyi açıqlamaya görə, hücum bu gün saat 00:45-də baş verib. Rusiya bombardmanında 9 mərtəbəli yaşayış binası hədəfə alınıb.

Hücumdan sonra hadisə yerinə gedən qruplar yanğın səbəbiylə binada sıxışan 2 nəfəri xilas edib, 7 nəfəri təxliyə edib. Ölən və xəsarət alan olmayıb.

Açıqlamada 9 mərtəbəli yaşayış binasının 5 mərtəbəsinə ciddi ziyan dəydiyi bildirilib.



Xəbər xətti