ABŞ-da yanğınla mübarizə aparan helikopterlər toqquşub

16:38 7 Avqust 2023

ABŞ-ın Kaliforniya ştatının cənubundakı Riverside County bölgəsində meşə yanğınlarına müdaxilə edən 2 helikopterin havada toqquşması nəticəsində 3 nəfər ölüb.

Sitat.info xəbər verir ki, Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (Cal Fire) Cənubi Regional direktoru David Fulcher keçirdiyi mətbuat konfransında Riverside County-də meşə yanğınları ilə mübarizə aparan 2 helikopterin havada toqquşduğunu açıqlayıb.

Fulcher bildirib ki, bir vertolyot uğurla eniş edib, digər vertolyot qəzaya uğrayıb, pilot və 2 "Cal Fire" personalı həlak olub.

Qəzanın təxminən 1,6 hektar ərazini əhatə edən yanğına səbəb olduğu və bu yanğının söndürüldüyü, Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (MNTŞ) qəza ilə bağlı araşdırma apardığı açıqlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti