Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən azad olunub.
Sitat.info xəbər verir ki, direktorun əmək müqaviləsi bitib və onunla yeni bir müqavilə imzalanmayıb.
Məlumat üçün bildirək ki, Rəşad Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə bir il öncə təyin olunub.R.Yusifov özü də sosial şəbəkə hesabından işdən ayrıldığını bildirib.