Polşa Belarusla sərhədə əlavə 1000 hərbçi göndərməyi planlaşdırır

20:51 7 Avqust 2023

Polşa Sərhəd Mühafizəsi ölkənin Belarusla sərhədinə əlavə 1000 hərbçi göndərilməsini istəyib.

Sitat.info xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Polşa-Belarus bəziləri zorakılıq xarakteri daşıyan bir sıra insidentlər baş verib.

Bu gün keçirdiyi mətbuat konfransında Polşa daxili işlər nazirinin müavini Maçey Vasik qeyd edib ki, sərhəddəki hadisələrdən sonra Polşa Sərhəd Mühafizəçiləri ölkənin Belarus sərhədinə əlavə 1000 əsgər göndərilməsini istəyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti