Yunanıstanın Attika bölgəsində meşəlik ərazilərin 23%-i yanıb

22:00 7 Avqust 2023

Yunanıstanın paytaxtı Afinanın yerləşdiyi Attika bölgəsində 2017-ci ildən bəri meşə sahələrinin 23%-i yanğınlar nəticəsində məhv olub.

Sitat.info xəbər verir ki, Yunanıstan Meteorologiya Xidmətinin verdiyi açıqlamaya görə, 2017-ci ildən bəri Attika bölgəsində baş verən 11 böyük yanğın təxminən 2,5 milyon hektar meşə sahəsini məhv edib.

Məlumat verilib ki, yanğınların təsirinə məruz qalan ərazilər rayonun meşəlik ərazilərinin 23%-ni təşkil edir.

Bundan əlavə, İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi meşə yanğınları riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.

Vətəndaşlardan son dərəcə diqqətli olmaları və yanğına səbəb ola biləcək hər hansı davranışdan çəkinmələri xahiş olunub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti