İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərindəki Əsgər Qaçqınlar Düşərgəsinə basqın edərək fələstinli Hurusha ailəsinin evini partlayıcılarla partladıblar.
Sitat.info xəbər verir ki, İsrail ordusu gecə saatlarında böyük bir konvoyla Nablus şəhərindəki Əsgər Qaçqınlar Düşərgəsinə basqın edib. Fevralın 26-da Huvvara qəsəbəsində iki yəhudi köçkünü öldürməkdə günahlandırılan və daha sonra İsrail ordusu tərəfindən öldürülən fələstinli Əbdülfəttah Huruşanın ailə evini əsgərlər mühasirəyə alıb.
İsrail ordusunun sözçüsü əsgərlərin Hurushanın ailə evini partlayıcılarla dağıtmasının görüntülərini paylaşıb.
Seymur Bənnayev
Sitat.info