Müharibə BU TARİXDƏ bitəcək? - Rusiyanın planları ilə bağlı ŞOK İDDİA VİDEO

10:00 28 Mart 2022

Müharibənin 30-cu günü Ukrayna Baş Qərargahından diqqətçəkən açıqlama gəlib.

Bildirilib ki, Rusiyada Qələbə Günü kimi qeyd olunan 9 May tarixinə qədər müharibənin başa çatdırılması ideyası təbliğ olunur.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, bəyanatda qeyd olunanlara görə, Rusiya bir ay ərzində ciddi hərbi itkilər verməsinə və hərbçilərin ruhdan düşməsinə baxmayaraq, Ukraynaya qarşı müharibəni davam etdirməkdən əl çəkmir və məhz 9 May Qələbə Gününə kimi istəyinə nail olmağa çalışır.

Rusiya Federasiyasında 1945-ci ildən 9 may Sovet İttifaqının İkinci Dünya Müharibəsində nasist Almaniyasına qalib gəldiyi tarix kimi qeyd olunur.



Xəbər xətti