Rusiya: Moskvaya PUA-larla hücum cəhdinin qarşısı alınıb

10:36 9 Avqust 2023

Moskva meri Sergey Sobyanin iki silahlı dron (PUA) ilə paytaxta hücum cəhdinin qarşısı alındığını bildirib.

Sitat.info xəbər verir ki, Sobyanin verdiyi yazılı açıqlamada iki silahlı pilotsuz təyyarə ilə Moskvaya hücuma cəhd edildiyini bildirib.

Hər iki pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qeyd edən Sobyanin, bu təyyarələrdən birinin Minsk şosesində, digərinin isə Domodedovo bölgəsində məhv edildiyini açıqlayıb.

Sobyanin ilk təsbitlərə görə pilotsuz təyyarənin hissələrinin düşməsi nəticəsində xəsarət alan olmadığını, rəsmilərin hadisə yerində iş apardığını qeyd edib.

Rusiya rəsmiləri Ukraynanın 24, 28, 30 iyul, 1 və 6 avqust tarixlərində PUA-larla Moskvaya hücumlar təşkil etdiyini, ölən və yaralananların olmadığını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti