Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın Pokrovsk şəhərinə raket hücumu nəticəsində həyatını itirənlərin sayının 7-yə yüksəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Klimenko Telegram kanalındakı paylaşımında Rusiyanın Donetsk vilayətinin Pokrovsk şəhərinə həyata keçirdiyi raket hücumu ilə bağlı açıqlamalar verib.
Hücumun "böyük faciə"yə səbəb olduğunu bildirən Klimenko deyib: "Hücum nəticəsində 7 nəfər ölüb, 36-sı polis, 2-si uşaq 67 nəfər yaralanıb".
Klimenko qeyd edib ki, yeni hücum təhlükəsi ilə əlaqədar dağıntıların təmizlənməsi işlərinin müvəqqəti olaraq dayandırılıb.
Bildirilib ki, hadisə yerində Ukrayna baş prokurorunun nümayəndələri işləyir, axtarış-xilasetmə işləri aparılır.
Seymur Bənnayev
Sitat.info