Rusiya Ukraynanın işğalını tarix kitablarına əlavə edib

10:45 9 Avqust 2023

Rusiyada hazırlanan yeni dərslikdə Ukrayna müharibəsi Kreml nöqteyi-nəzərindən danışılıb.

Sitat.info xəbər verir ki, Rusiyanın təhsil naziri Sergey Kravtsov dünən paytaxt Moskvada verdiyi açıqlamada, Ukraynadakı "xüsusi hərbi əməliyyatın" məqsədinin öyrədiləcək yeni 11-ci sinif  tarix kitabı ilə Ukraynaya "xüsusi hərbi əməliyyat"ın məqsədini izah etmək olduğunu bildirib.

Sözügedən əməliyyatın Rusiya prezidenti Vladimir Putinin tez-tez dilə gətirdiyi kimi “Ukraynanı tərksilah etmək və onu neonasist elementlərdən təmizləmək” məqsədi ilə həyata keçirildiyini müdafiə edən Kravtsov, kitabın lisey şagirdlərinin bunu daha yaxşı başa düşməsinə şərait yaradacağını bildirib.

Kitabın 5 aydan az müddətdə yazıldığını qeyd edən təhsil naziri deyib: “Ukraynada xüsusi hərbi əməliyyat başa çatdıqda, qələbəmizdən sonra kitabı yeniləyəcəyik”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti