Moskvada miqrantlar arasında atışma baş verdi

10:45 9 Avqust 2023

Moskva vilayətinin Lyuberçı şəhərində miqrantlar arasında kütləvi dava baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Şahidlərin sözlərinə görə, əvvəlcə atışma səsləri eşidiblər. Daha sonra miqrantların olduğu evin ətrafında əllərində dəyənək və zəncir olan 10-dan şəxs toplaşıb.

Hadisə yerinə polislər gəldikdən sonra miqrantlar uzaqlaşıblar.

Dava nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.



Xəbər xətti