Terror təşkilatı PKK/YPG silahlı heyətinə qatmaq üçün Suriyanın Hələb vilayətində işğal etdiyi Mənbic və Şeyx Maksud rayonundan daha 3 uşağı qaçırıb.
Sitat.info xəbər verir ki, müxalif kürdlərin “Müstəqil Kürd Rabitə” qrupunun sözçüsü Redor əl-Əhməd bildirib ki, 14 yaşlı M.A.H və A.F bu gün Mənbic rayonundan terrorçular tərəfindən qaçırılıb.
Əhmet iyulun 7-də terrorçuların Şeyx Maksuddan 15 yaşlı Z.S.-ni qaçıraraq silahlı dəstəsinə qatdıqları barədə məlumatı paylaşıb.
Sözçü qeyd edib ki, terror təşkilatı qaçırılan uşaqların ailələri ilə əlaqə saxlamasına mane olub.
PKK/YPG qaçırdığı və ya saxladığı gəncləri və uşaqları silahlı təlim üçün düşərgələrə aparır.
Seymur Bənnayev
Sitat.info