Ukraynada Pokrovsk hücumu ilə bağlı yeni açıqlama: Rusiya bunu qəsdən edib!

13:46 9 Avqust 2023

Rusiya ötən gün Ukraynanın Pokrovsk şəhərinə raket hücumundan sonra 9 nəfəri öldürüb. Ukrayna prezidenti Zelenski bununla bağlı açıqlama verib.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Pokrovsk şəhərində dünənki hücumu ilə bağlı açıqlama verib. Zelenski ikinci hücumun xilasetmə işləri başladıqdan sonra həyata keçirildiyini və bunun qəsdən edildiyini bildirib.

Ukrayna prezidenti Zelenski xalqa müraciətində Donetsk vilayətinin Pokrovsk şəhərində özünə qarşı hücumda həlak olanların 9, yaralıların sayının isə 82 olduğunu, bölgədə işlərin tamamlandığını bildirib. İkinci hücumun axtarış-xilasetmə fəaliyyətlərinə başlandıqdan sonra həyata keçirildiyini vurğulayan Zelenski deyib: "Bir neçə raket hücumu oldu. İkinci hücum isə xilasetmə əməliyyatı başlayanda oldu. Bu, terrorçuların ən böyük ağrıları vermək üçün düşünülmüş qərarıdır. Rusiya bununla bağlı maksimum məsuliyyəti öz üzərinə götürəcək: “Nə olursa olsun, terrorçulara cəza verilməlidir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti