İtaliyada mühacirləri daşıyan qayığın batması nəticəsində 41 nəfər ölüb

13:49 9 Avqust 2023

İtaliyanın Lampeduza adası yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 41 nəfərin həlak olduğu bildirilib.

Sitat.info xəbər verir ki, İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, Tunisin Safakes şəhərindən qeyri-qanuni miqrantları daşıyan qayıq Lampeduza adasında çevrilib. Hadisədə 41 nəfər həyatını itirərkən, Sahil Mühafizə qrupları 4 immiqrantı xilas edə bilib.

Xilasedicilər qeyd ediblər ki, onlar 3-ü uşaq olmaqla 45 nəfərlə yola düşüblər. Bildirilib ki, qayıq yola düşdükdən 6 saat sonra güclü dalğanın təsiri ilə aşıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti