Mars sürətləndi, günlər qısaldı

15:05 9 Avqust 2023

NASA alimləri Marsın daha sürətli fırlanmağa başladığını və nəticədə Mars gününün qısaldığını aşkar ediblər.

Sitat.info xəbər verir ki, "Nature" jurnalında dərc edilən araşdırmada Marsın fırlanmasının kütləsindəki mümkün dəyişikliyə görə sürətləndiyi və bunun Mars günlərinin qısalmasına səbəb olduğu bildirilib.

Marsın fırlanma sürətinin hər il 4 milliarcsaniyə (astronomiyada ulduzlar arasındakı məsafələri ölçmək üçün istifadə edilən bucaq vahidi) artdığı, buna görə də Marsın günlərinin saniyənin mində biri qədər qısaldığı qeydə alınıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti