Putin müharibəni Rusiya ərazisinə çəkir - Podolyak

16:41 9 Avqust 2023

Moskvaya yeni PUA hücumu Ukraynanı işğal edən Vladimir Putinin müharibəni öz ərazisinə çəkdiyinin sübutudur.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Putin klanı israrla müharibəni öz ərazisinə gətirir. Bu, şovinist klanın məhvini sürətləndirəcək və ölkəni ənənəvi daxili vətəndaş müharibəsinə bağlayacaq düzgün və ağlabatan strategiyadır”, - Podolyak bildirib.



Xəbər xətti