Bakıda restoranın həyətində ağac qanunsuz kəsildi

17:55 9 Avqust 2023

Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən "Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.

Bu barədə Sitat.info-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib.

O bildirib ki, araşdırma zamanı ağacın sözügedən restoran tərəfindən kəsildiyi aşkarlanıb:

"Faktla bağlı akt tərtib edilib. Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.



Xəbər xətti