Keçmiş Mossad rəhbəri: Netanyahu hökuməti bizi sionist xəyalının sonuna yaxınlaşdırır

18:00 9 Avqust 2023

Mossad-ın keçmiş rəhbəri Tamir Pardo deyib ki, onlar Benyamin Netanyahunin  rəhbərlik etdiyi israildə: “sionist xəyalının sonuna yaxınlaşdıq”, - deyib.

Sitat.info xəbər verir ki, İsraildə baş nazir Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin ifrat sağçı siyasəti və məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran mübahisəli “məhkəmə islahatı” müxtəlif sahələrdən olan bir çox yüksək vəzifəli İsrail xadimləri, eləcə də ölkə daxilində 31-ci həftəni geridə qoyan kütləvi nümayişlərə səbəb olub.

Keçmiş Mossad rəhbəri Tamir Pardo “Yediot Ahronot” qəzetində “Ekstremistlər Yəcuc və Məcuc müharibəsi istəyir” başlıqlı məqaləsində Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı koalisiya hökumətini hədəfə alıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti