Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafikində dəyişiklik edilir

18:06 9 Avqust 2023

 

Bakı-Pirşağı-Sumqayıt dəmir yolu marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir.

Bu barədə Sitat.info-ya  Azərbaycan Dəmir Yolları ASC-dən məlumat verilib.

Məlumata görə, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədi ilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar, Sumqayıtdan isə 14:30-da yola düşən qatar reysi ləğv edilir.



Xəbər xətti