Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyaya qarşı hücumunun “çətin” və “yavaş” irəlilədiyini deyib.
Sitat.info xəbər verir ki, Zelenski Latın Amerikası mətbuat təşkilatlarına verdiyi müsahibədə cari məsələlərlə bağlı açıqlamalar verib.
Ukrayna ordusunun daha əvvəl də Rusiya hərbi qüvvələrinə qarşı əks hücuma keçdiyinə işarə edən Zelenski: “Hücum çətin və yəqin ki, kiminsə istədiyindən daha yavaş irəliləyir”, - deyib.
Əllərindəki silahların qeyri-kafi olduğunu və buna görə də döyüşməyin “çox çətin” olduğunu bildirən Zelenski Rusiyanın Ukrayna ərazisini tərk etməli olduğunu vurğulayıb.
"Ukrayna Rusiya torpaqlarında müharibəni davam etdirməyi planlaşdırmır. Bizim heç vaxt belə bir hədəfimiz olmayıb. Biz öz torpaqlarımızı işğaldan xilas edəcəyik", - Zelenski deyib.
Seymur Bənnayev
Sitat.info