Pakistanda Senatda Hz. Məhəmmədin həyat yoldaşlarına, ailə üzvlərinə və səhabələrinə hörmətsizliyə görə cəzaların ağırlaşdırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.
Sitat.info xəbər verir ki, Senator Mustak Əhməd Xan bildirib ki, Hz. Məhəmmədin həyat yoldaşlarına, ailə üzvlərinə və səhabələrinə hörmətsizliyə görə cəzaları ağırlaşdıran qanun layihəsi Senatda qəbul olunub.
Xan vurğulayıb ki, yeni tənzimləmə yuxarıda qeyd olunan hörmətsizliyə yol verənlər üçün tam cəzadır.
Təsdiqlənmiş qanun layihəsi, Hz. Məhəmmədin həyat yoldaşlarına, ailə üzvlərinə və səhabələrinə hörmətsizlik edənləri ən azı 10 il həbs, ömürlük həbs və ya 3500 dollar cəza gözləyir.
Əvvəllər belə cinayətləri törədənlər maksimum 3 il müddətinə azadlıqdan məhrum edilirdilər.
Digər tərəfdən, Hz. Məhəmmədə hörmətsizliyə görə verilən ölüm cəzası dəyişməz qalıb.
Qeyd edək ki, Qanun layihəsi Milli Assambleya tərəfindən 2023-cü ilin yanvarında qəbul edilib.
Seymur Bənnayev
Sitat.info