Bakı və Afina arasında birbaşa uçuşlar başlayır

18:38 9 Avqust 2023

Yunanıstanın ən böyük aviaşirkəti - “Aegean Airlines” gələn aydan Afina-Bakı-Afina marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

Sitat.info aviaşirkətə istinadən xəbər verir ki, reyslər sentyabrın 29-dan həyata keçiriləcək.

Uçuşlar bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Birtərəfli biletlərin qiyməti 118 avrodan başlayır.



Xəbər xətti