ÜST: Sudanda əhalinin 40 faizindən çoxu aclıqdan əziyyət çəkir

19:03 9 Avqust 2023

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus, münaqişələrin davam etdiyi Sudanda əhalinin 40 faizindən çoxunun aclıq içində olduğunu və bu rəqəmin 2022-ci ilin mayından bu yana iki dəfə artdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus ÜST-nin həftəlik mətbuat konfransında cari sağlamlıq problemləri ilə bağlı qiymətləndirmələr edib.

Sudanda apreldə başlayan qarşıdurma səbəbindən humanitar vəziyyətin pisləşməsindən çox narahat olduqlarını ifadə edən Ghebreyesus deyib: "Sudan əhalisinin 40 faizdən çoxu aclıqdan əziyyət çəkir. Bu rəqəm keçən ilin may ayından bu yana iki dəfə artıb".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti