Rusiyada fabrikdə güclü partlayış: 25 nəfər yaralanıb

19:28 9 Avqust 2023

Rusiyanın Moskva vilayətində Zaqorsk optik-mexanika zavodunda baş verən partlayış nəticəsində 25 nəfər xəsarət alıb. Şiddətli partlayış anı ətrafdakı təhlükəsizlik kameralarına əks olunub.

Sitat.info xəbər verir ki, Moskva vilayətinin Serqiyev Posad şəhərindəki Zaqorsk optik-mexanika zavodunda yerli vaxtla saat 10:40 radələrində partlayış baş verib.

Əraziyə yanğınsöndürənlər, polis və sağlamlıq qrupları göndərilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, fabrikdə olanlar təxliyə edilərkən 25 nəfər xəsarət alıb.

Moskva Rayon Prokurorluğu partlayışın fabrikin anbarında yanar materialların alışması nəticəsində baş verdiyini açıqlayıb. Partlayışın şiddətindən fabrik yaxınlığındakı bəzi evlərin şüşələrinin də sındığı öyrənilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti