İranın şimal-qərbində silahlı hücum nəticəsində bir əsgər həlak olub

19:33 9 Avqust 2023

İranın şimal-qərbindəki Qərbi Azərbaycan əyalətində İnqilab Keşikçiləri Ordusunun əsgəri hücum nəticəsində həlak olub.

Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İnqilab Keşikçiləri Ordusunun üzvü Əmir Hüseyn Salihiyan Qərbi Azərbaycanın Kaldıran şəhərinin sərhəd bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən “inqilab əleyhdarı ünsürlər” tərəfindən öldürülüb.

Hesabatda “inqilab əleyhinə ünsürlər” olaraq xarakterizə edilən qrup və hadisənin necə baş verdiyi barədə ətraflı məlumat verilməyib.

İnqilab Keşikçiləri Ordusu hücumun səbəbkarlarına qarşı ciddi cavab verəcəyini açıqlayıb.

Aytəkin

Sitat.info



Xəbər xətti