İsraildən Livan Hizbullahına təhdid: Livanı daş dövrünə qaytararıq

19:48 9 Avqust 2023

İsrailin müdafiə naziri Yoav Gallant Livan Hizbullahı ilə İsrail arasında müharibənin Livanın “daş dövrünə” qayıtması ilə nəticələnəcəyini bildirib.

Sitat.info xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant İsrail-Livan sərhədində İranın dəstəklədiyi Livan Hizbullahı ilə həftələrdir davam edən qarşıdurmalardan sonra dünən yayımladığı videomüraciətdə açıqlama verib.

Gallant Livan Hizbullahının baş katibi Həsən Nəsrullaha ünvanladığı mesajda deyib: “Səhv etməyin. Biz müharibə istəmirik. “Lakin  mülki vətəndaşlarımızı, əsgərlərimizi və suverenliyimizi qorumağa hazırıq", - deyib.

Livan Hizbullahının keçmişdə səhvlər etdiyini və bunun bədəlini ağır ödədiyini ifadə edən Gallant deyib: "Burada bir gərginlik və ya qarşıdurma olarsa, Livanı Daş Dövrünə qaytaracağıq" 

Livan Hizbullahı Qallantın təhdidinə hələ cavab verməyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti