Küveyt məşhur filmin yayımına qadağa qoydu

13:36 10 Avqust 2023

Küveyt hakimiyyəti ictimai əxlaqı və sosial adətləri qorumaq məqsədilə “Barbie” və “Talk to Me” filmlərini qadağan edib.

Sitat.info xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi KUNA-da yer alan xəbərə görə, İnformasiya Nazirliyi Mətbuat və Nəşr Müşavirinin müavini və Kino Filmlərinə Nəzarət Komitəsinin rəhbəri Lafi əs-Sabii "Barbie" və "Talk to Me" filmlərinin nümayiş olunmayacağını bildirib.

Komitənin ictimai əxlaqı və ictimai ənənələri qorumaq səyləri çərçivəsində sözügedən filmlərin nümayişinə qadağa qoyulduğuna işarə edən Sabii sözlərini belə davam etdirdi:

"Komitə filmin nümayişinə icazə verməzdən əvvəl narahatedici səhnələrin silinməsini tələb edir. Əgər filmdə cəmiyyətin dəyərlərinə uyğun olmayan mesaj varsa, onun yayımlanması qadağandır. Bu, məzmunlu istənilən filmə aiddir. bu, xalqımızın dəyərlərinə, adət-ənənələrinə uyğun gəlmir”.

Qeyd edək ki, Livan da "Barbie" filminin "əxlaqi və dini" dəyərləri pozduğu və homoseksuallığı ön plana çıxardığı səbəbilə yayımlanmayacağını açıqladı.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti