Polşanın müdafiə naziri Mariuş Blaşçak Belarus sərhədindəki qoşunların sayının təxminən 10 minə çatdırılacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Blaşçak dövlətə məxsus Polşa Radiosuna bildirib ki, ölkənin Belarus sərhədindəki hərbi personalı 2021-ci ildə bölgədə yerləşdirilən əsgərlərin sayına yaxınlaşacaq.
Sərhəddəki əsgər sayının artırılacağını vurğulayan Blaşçak deyib: "Təxminən 10 min əsgər olacaq. Onlardan 4 mini sərhədçilərə dəstək verəcək, qalan 6 mini isə hazır vəziyyətdə olacaq. Bu əsgərlər öz qüvvələrini inkişaf etdirəcəklər".
Qeyd edək ki, hazırda Polşa-Belarus sərhədində 2000-ə yaxın Polşa əsgəri, həmçinin yüzlərlə polis və sərhədçi yerləşdirilib.
Seymur Bənnayev
Sitat.info