Rusiyada da yeni ştamma yoluxmalar qeydə alındı

15:01 10 Avqust 2023

Rusiyada aprel-avqust ayları ərzində koronavirusun EG.5 omikron ştammına 17 nəfər yoluxub.

Sitat.info xəbər verir ki, bu barədə “Rospotrebnadzor”dan məlumat verilib.

Məlumata görə, yoluxmalar Moskva şəhəri, Moskva vilayəti, Sankt-Peterburq şəhəri, Maqadan və İrkutsk vilayətləri, Krasnodar diyarı, Buryatiya və Xakasiya Respublikalarında qeydə alınıb.

//Axtar.az



Xəbər xətti