Xaricə gedənlərin nəzərinə: Nağdlaşdırmaya limit qoyuldu

15:47 10 Avqust 2023

Plastik kartlarla xaricə gedənlərin artıq yeni dəyişikliklərə diqqət etməsi lazımdır.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Millət vəkilinin sözlərinə görə, buna səbəb Mərkəzi Bankın "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik etməsidir:

“Dünəndən qüvvəyə minmiş yeni qaydalara əsasən, Azərbaycanda emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması mümkün olacaq.

//Axtar.az



Xəbər xətti