C. Koreyada “Xanun” qasırğası səbəbindən 10 mindən çox insan təxliyə edilib

15:52 10 Avqust 2023

Cənubi Koreyada təsirli olan “Xanun” qasırğasının daşqın və torpaq sürüşməsinə səbəb olması səbəbindən 10 mindən çox insan təxliyə edilib.

Sitat.info xəbər verir ki, Yonhap-un xəbərinə görə, tayfun ölkənin cənub-şərq sahillərindən quruya çatdıqdan sonra bəzi bölgələrdə, xüsusilə cənub və şimal sahillərində sel və torpaq sürüşmələri baş verib.

Koreya Meteorologiya İdarəsi (KMA) yerli vaxtla səhər saat 09:20-də cənub-şərqdəki Geoje bölgəsinə enən tayfunun saatda 40 kilometr sürətlə paytaxt Seula çatmasının gözlənildiyini açıqlayıb.

Rəsmilər 10 min 641 nəfərin sığınacaqlara təxliyə edildiyini, 1579 məktəbdə təhsilin dayandırıldığını və ya təhsilin onlayn keçiriləcəyini açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti