Rusiya və Cənubi Koreya Uqandada atom elektrik stansiyaları tikəcək

16:59 10 Avqust 2023

Uqanda prezidenti Yoveri Museveni Rusiya və Cənubi Koreyanın ölkədə atom elektrik stansiyalarının tikintisinə başlayacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, paytaxt Kampalada 25 Afrika qəhvə istehsalçısı ölkənin lider və nümayəndələrinin qatıldığı 2-ci "G-25" Afrika Qəhvə Sammitində çıxış edən Museveni, ölkədə tikiləcək atom elektrik stansiyaları ilə bağlı Rusiya və Cənubi Koreya ilə danışıqların davam etdiyini bildirib. 

Rusiya və Cənubi Koreyanın 15 min meqavat gücündə 2 nüvə stansiyası inşa edəcəyini qeyd edən Museveni deyib: "Nüvə layihəsi xalqların sosial-iqtisadi inkişaf üçün enerji təhlükəsizliyini necə təmin edəcəkləri ilə məşğul olduqları kritik bir vaxta təsadüf edir".

Ayna

​​​​​​​Sitat.info



Xəbər xətti