İstanbul zəlzələyə hazırlaşır: 4 mərhələli plana nələr daxildir?

17:20 10 Avqust 2023

İstanbulun zəlzələ hazırlığı üçün 4 mərhələli plan hazırlanır, meqapolis üçün xüsusi qanun qəbul ediləcək. 

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki deyib.

O bildirib ki, İstanbulda başda zəlzələ başda olmaqla bütün fəlakətlərə hazır olmaq və sürətli addımlar atmaqda qərarlıyıq: "İşləri sürətləndirmək üçün tədbirlər görmək və bu qanunu qəbul etmək istəyirik. İstanbulda müəyyən etdiyimiz  ehtiyat ərazilərdə 350 minə qədər mənzil üçün yeni möhkəm və etibarlı evlər inşa ediləcək.  Ən riskli  binaları tikdiyimiz yeni qəsəbələrə köçürəcəyik.

Təxminən 6 milyon müstəqil bina var. Bunun 1,5 milyonu risklidir və 600 mini ilk növbədə söküləcək binalardır. ilk hədəfimiz o 600 min evi tez bir zamanda təhlükəsiz ərazilərə köçürməkdir. Biz bunu beş il ərzində başa çatdırmağı planlaşdırırıq”.

Nazir deyib ki, İstanbulda ediləcək ən yaxşı şey zəlzələ gəlmədən hazırlaşmaqdır: "Bununla bağlı dörd mərhələli planımız var. Birincisi, davam edən şəhərsalma işləri var. İndi də şəhərsalma layihələri çərçivəsində 39 rayonda 188 məntəqədə 165 minə yaxın yaşayış məntəqəsinin abadlaşdırılması işləri davam etdirilir. İkinci mərhələdə biz ehtiyat yaşayış sahələrini müəyyən etdik.
Bu ərazilərdə biz 350 min ev üçün yeni möhkəm, etibarlı evlər tikə biləcəyik. Üçüncüsü isə “Yarımız” kampaniyasıdır. Bununla bağlı indiyədək Nazirliyimizə müraciət edənlərin sayı 1 milyon 20 min nəfərdir. Binada bir-bir müraciətlər olur, lakin 100% razılıq əldə edilən binaların sayı 14 min civarındadır. Dördüncü mərhələdə İstanbul üçün xüsusi qanunun qəbulunu hesablayırıq". 

Nərgiz,

Sitat.info 



Xəbər xətti