Çin "CERES-1" raketi ilə 7 peyk buraxıb

20:15 10 Avqust 2023

Çin özəl şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raket olan "CERES-1" ilə orbitə 7 peyk göndərdi.

Sitat.info xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, yerin müşahidəsi, məsafədən zondlama və rabitə peykləri də daxil olmaqla peyklər ölkənin şimal-qərbindəki Qansu əyalətindəki Ciucuen Peyk Mərkəzindən "CERES-1 Y7" raketi ilə orbitə buraxılıb.

Bildirilib ki, hiperspektral, infraqırmızı və panxromatik avadanlığın daxil olduğu yeni nəsil “Şiguang-1 01” müşahidə peyki təbii ehtiyatların monitorinqi, kənd təsərrüfatı, meşə təsərrüfatı, ağıllı şəhərlər və fəlakətlərin qarşısının alınması sahələrində istifadə olunacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti