Avstraliyada qadın bu səbəbə görə işdən çıxarıldı

20:20 10 Avqust 2023

Avstraliyada işçilərinin müəyyən saatlarda işlədiyini müəyyən etmək üçün klaviatura izləmə texnologiyasından istifadə edən sığorta şirkəti qadın işçini işdən çıxarıb. Sözügedən qadının “haqsız yerə işdən çıxarılması” ilə bağlı müraciəti səlahiyyətli qurum tərəfindən rədd edilib.

Sitat.info xəbər verir ki, Avstraliyada Suzie C. adlı qadının işi şirkət tərəfindən klaviatura izləmə texnologiyası ilə izlənilib.

Müəyyən vaxt intervallarında düymələrin vuruşlarını qeyd etdikdən sonra, Suzie C. performans vəziyyətini əsas gətirərək işdən çıxarıldı.

Araşdırma zamanı Suzie C.-nin işə 47 gün gec başladığı, 29 gün tez bitirdiyi və 4 gün ümumiyyətlə işləmədiyi müəyyən edilib.

Ədalətli İş Komissiyasına müraciət edən qadının bu istəyi də rədd edilib.

Suzie C.-nin “əsas pozuntusuna” görə işdən çıxarıldığı məlum olub.

Ayna

Sitat.info



Xəbər xətti