Ötən ilin iyununda Fransada 17 yaşlı müsəlman yeniyetmənin qətlə yetirilməsi bütün dünyada reaksiya doğurmuşdu. Qalmaqallı hadisədən sonra qətli törədən polis bu gün məhkəməyə gedib.
Sitat.info xəbər verir ki, Fransada iyunun 27-də 17 yaşlı Nael M.-nin polis gülləsi ilə öldürülməsinə cavab olaraq Marseldə başlayan nümayişlər zamanı müsəlman gənci öldürmək ittihamı ilə nəzarətə alınan 5 çevik qüvvət polisindən üçü hakim qarşısına çıxıb.
Milli mətbuatın məlumatına görə, iyulun əvvəlində Marseldə nümayişlər zamanı Məhəmməd Bendriss adlı müsəlman gənci öldürməkdə ittiham olunan 5 çevik qüvvət polisindən 3-ü istintaq çərçivəsində səhər saatlarında məhkəməyə gedib, digər ikisi isə sərbəst buraxılıb.
İfadəyə çağırılan 3 polis əməkdaşı ya şahid statusu alacaq, ya da həbs müddəti uzadılmadığı təqdirdə sərbəst buraxılacaq.
Seymur Bənnayev
Sitat.info