İsveçin xarici işlər naziri Tobias Billstrom İsveçin Beyrutdakı səfirliyinə hücum edildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, mətbuata açıqlama verən yerli hakimiyyət, hadisənin ötən gecə baş verdiyini və atılan partlayıcının partlamadığını bildirib.
Bu gün İsveçin xarici işlər naziri Tobias Billstrom: "Hökumət vəziyyəti ciddi qəbul edir. Səfirliyimizin əməkdaşları təhlükəsizdir və Dövlət Departamenti onlarla daimi əlaqə saxlayır. Livan hakimiyyəti Vyana Konvensiyasına əsasən diplomatik missiyaları qorumaq öhdəliyinə malikdir və hazırda iş araşdırılır", - deyib.
Digər tərəfdən mətbuata açıqlama verən yerli hakimiyyət səfirlik binasının girişinə molotof kokteylinə bənzər partlayıcı maddənin atıldığını və obyektin partlamadığını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info