Mali Fransa vətəndaşlarına viza verilməsini dayandırıb

20:37 10 Avqust 2023

Mali Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransa Xarici İşlər Nazirliyinin "ciddi regional gərginlik" səbəbiylə Malini "qırmızı zona" kimi təsnif etdiyi təəccüblə ifadə edilib.

Sitat.info xəbər verir ki, açıqlamada Malinin Fransa vətəndaşlarına qarşılıq əsasında ikinci göstərişə qədər viza verməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyi Mali və Burkina Fasonun Nigerdəki çevrilişə dəstək verməsindən sonra avqustun 7-də Niger, Mali və Burkina Fasoya səyahət xəbərdarlığı edib.

Aytəkin

Sitat.info

 



Xəbər xətti