ABŞ-ın Havay adalarının Maui adasının meşə sahəsində baş verən yanğınlar nəticəsində ilkin məlumatlara görə 36 nəfər ölüb, çoxlu sayda insan yaralanıb və bir çox mülkə ziyan dəyib.
Sitat.info xəbər verir ki, Havay adalarının Maui adasında üç böyük yanğın davam edir. Yerli rəsmilər, rəsmi internet saytındakı açıqlamada: "Yanğınsöndürmə işləri davam edərkən, aktiv Lahaina yanğını səbəbiylə bu gün 36 nəfər həyatını itirdi", - deyib.
Məlumata görə, Sahil mühafizəsinin də iştirak etdiyi yanğınlarda suya atılan 14 nəfər xilas edilib.
Seymur Bənnayev
Sitat.info