Müstəqil Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov Birinci Fəxri Xiyabanda dəfn olunub.
Əvvəlcə mərhum eks-prezidentin ruhuna dualar oxunub.
Daha sonra din xadimi "Yasin" surəsindən ayələr səsləndirilib.
Dəfn mərasimində Ayaz Mütəllibovun ailə üzvləri, doğmaları, eləcə də tanınmış ictimai-siyasi xadimlər də iştirak ediblər.
Qeyd edək ki, 84 yaşlı Ayaz Mütəllibov ötən gün dünyasını dəyişib. O, 1991-92-ci illərdə Azərbaycana rəhbərlik edib.