Yaşıl bitki örtüyü ilə tanınan Havay meşə yanğınlarına təslim olub

12:23 11 Avqust 2023

ABŞ-ın tropik zəngin bitki örtüyünə malik və quraqlıqdan uzaq olan Havay ştatında 36 nəfərin ölümünə səbəb olan meşə yanğınlarının iqlim dəyişikliyi səbəbindən baş verdiyi bildirilib. Maui adasının meşə sahəsində 3 böyük yanğına görə Maui fəlakət zonası elan edilib.

Sitat.info xəbər verir ki, “New-York Times” qəzetinin xəbərində qeyd olunub ki, Havaydakı meşə yanğınlarının əsas səbəbi iqlim dəyişikliyidir.

Havay və Kolorado Universitetlərinin alimlərinin 2015-ci ildə apardıqları araşdırmaya istinad edərək, Havayda illik orta yağıntının miqdarında uzunmüddətli azalma yaşandığı bildirilib.

1990-cı illərdən etibarən yağışlı mövsümdə alınan yağıntıların miqdarının 31 faiz azaldığı, quraqlıq dövründə alınan yağıntıların isə 6 faiz azaldığı bildirilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti