Nigeriyada zaman-zaman dini qarşıdurmaların yaşandığı Plato əyalətində silahlı hücumda 21 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, Nigeriyadakı Böhran Qurbanları və Qurtuluş üçün Plateau Dövlət Mərkəzinin rəhbəri Solomon Mvantiri səhər erkən saatlarda Plato əyalətinin Barkin Ladi bölgəsinə gələn silahlı şəxslərin hücum təşkil etdiyini bildirib.
Mvantiri deyib: "Hücum zamanı həyatını itirən 21 nəfər bu gün günortadan sonra dəfn edildi. Kütləvi dəfn mərasimindən yeni qayıtdıq".
Ayna
Sitat.info