Xorasandakı polad zavodunda partlayış baş verdi

13:24 11 Avqust 2023

İranın Şimali Xorasan əyalətinin İsfərayin şəhərində yerləşən Polad Sənayesi Kompleksində partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, partlayışdan dərhal sonra yanğın baş verib. Hadisə nəticəsində 8 nəfər yaralanıb, onlardan ikisinin durumu ağırdır.

Qeyd edilib ki, partlayış və yanğın texniki nasazlıq üzündən baş verib.



Xəbər xətti