ABŞ prezidenti Co Bayden Çini "pis şeylər" etməsi gözlənilən "pis adamlar" adlandırıb.
Sitat.info xəbər verir ki, Bayden 2024-cü il təkrar seçki kampaniyası üçün keçirilən ianə toplantısında bu sözləri deyib: "Pis adamlar çətinlik çəkəndə pis işlər görürlər. Çin bir çox cəhətdən saatlı bombadır".
Onun sözlərinə görə, Çin iqtisadi problemlərlə, o cümlədən yüksək işsizliklə üzləşib.
Eyni zamanda ABŞ prezidenti “Çinlə rasional münasibətlərə” ümid etdiyini bildirib.
"Mən Çinə zərər vermək istəmirəm, amma izləyirəm" - Bayden deyib.
Xatırladaq ki, Çin və ABŞ arasında münasibətlər son dərəcə gərgin mərhələdədir. Dövlət katibi Entoni Blinkenin iyunun 18-19-da Pekinə səfəri fikir ayrılıqlarını yumşaltmaq məqsədi daşıyıb, lakin qayıtdıqdan qısa müddət sonra ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinə müraciət edərək “diktator” sözündən istifadə edib.
Bu bəyanat Pekində kəskin hiddət doğuru və Vaşinqtonu ikiüzlülükdə qınayıblar. Çin diplomatiyasının növbəti etirazının səbəbi isə, iyunun sonunda Çin vətəndaşlarının ABŞ-da sintetik narkotiklərin istehsalı və sonradan satışı üçün Meksikaya göndərilməsi ilə bağlı həbsi olub.
Nərgiz,
Sitat.info