Ukraynalılar möcüzə göstərdilər - General

13:50 11 Avqust 2023

Ukraynalılar hər şeyə rəğmən, rusları müdafiə mövqelərinə geri çəkə bildilər ki, bu da özlüyündə bir möcüzədir.

Sitat.info xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmisi, briqada generalı Patrik Rayder deyib.

“Siz onlara döyüş qabiliyyətləri və təlimlər vermək üçün dünyanın hər yerindən gələn dəstəyi görmüsünüz. Gələcəkdə biz onlarla məsləhətləşmələrimizi davam etdirəcəyik, onların suveren ərazilərini bərpa etmələri və sonda bu mübarizədə qalib gəlmələri üçün onlara təlim keçməyə davam edəcəyik”, - general bildirib.



Xəbər xətti