Ukraynadan şok: İsraillə vizasız rejimi ləğv edir

16:03 11 Avqust 2023

Ukrayna İsraillə vizasız rejimin ləğvi imkanlarını nəzərdən keçirir.

Sitat.info  xəbər verir ki, bu barədə “Kiyev Post” məlumat yayıb.

“Əsas səbəb İsrailin Ukraynaya qarşı sistemli qeyri-dost hərəkətləri və beynəlxalq aləmdə faktiki Rusiyayönümlü mövqeyidir. Kiyev həmçinin İsrailin Ukraynaya hərbi yardımla bağlı Ramşteyn formatında keçiriləcək görüşlərdən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edir”, - məlumatda qeyd olunub.

//Axtar.az

 



Xəbər xətti